Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2023 14:21
Azərbaycan-İsrail birgə komissiyasının tərkibində dəyişiklik edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.