Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2023 17:42
Avqustda çoxlu maqnit qasırğası olacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, ilk maqnit qasırğası avqustun 2-dən 4-dək olan dövrə düşəcək.
Bir sözlə avqustun ikinci yarısınadək davam edəcək maqnit qsasırğası avqustun 18- və 20 si arası səngiyəcək.
Həkim Anar Əmrahın sözlərinə görə, maqnit qasırğası zamanı insanlarda depressiv əhval-ruhiyyə və əsəbilik, qan təzyiqinin artması və ya azalması, yuxunun pozulması və digər hallar müşahidə edilir.
Anar Əmrah qeyd edib ki, xroniki xəstəliyi olan insanlar maqnit qasırğası olduğu günlərdə daha çox diqqətli olmalıdır. İstər açıq havada, istərsə də ev şəraitində maqnit dalğaları plazmadakı ionlara təsir edərək insanların ümumi səhhətinə də mənfi təsir göstərə bilir.
İsti hava şəraitində, eləcə də maqnit qasırğası müşahidə olunan günlərdə fiziki aktivlikdən uzaq durmaq da məsləhət görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.