Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lamiyə Vəliyeva Çində rekorda imza atdı

Lamiyə Vəliyeva Çində rekorda imza atdı

Tarix: 1 Avqust 2023 23:08

Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançımız 400 metr məsafəni 55.48 saniyəyə qət edib. Vəliyeva bununla həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu da yeniləyib.

Fəxriyyə Tağızadə isə uzunluğa tullanma üzrə yarışda 5.78 metr nəticə ilə mübarizəni təsnifat mərhələsində dayandırıb.

Milli.Az


Etiketlər:  Lamiyə Vəliyeva Çində rekorda imza atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ