Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və İran arasında keçirilən futbol turnirində DAVA

Rusiya və İran arasında keçirilən futbol turnirində DAVA

Tarix: 1 Avqust 2023 23:34

Rusiya və İran milli komandaları arasında Surdlimpiya  futbol turnirinin final oyunu kütləvi dava ilə başa çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Sport24" öz mənbələrinə istinadən xəbər verir 

"İran 2-1 öndə olub. Hakim 5 dəqiqə əlavə edib. Əsas vaxtın sonunda hakim İranın qapısına penalti təyin edib. Onların futbolçuları və məşqçiləri penaltidən yox, hakimin daha əvvəl final fitini çalmamasından narazı qalıblar. Əlavə beş dəqiqə keçib. Dava başlayıb. Bəzi məşqçilər də iştirak edib", - mənbə bildirib.

Mənbə qeyd edib ki, iranlı çalışdırıcı öz futbolçularını meydandan çıxarıb və qələbə Rusiyaya verilib.

Mənbə əlavə edib ki, iranlılar mükafatlandırma mərasiminə belə gəlməyiblər.

Milli.Az


Etiketlər:  Rusiya İran arasında keçirilən futbol turnirində DAVA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ