Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konfrans Liqası: ''Fənərbağça'' darmadağınla mərhələ adladı

Konfrans Liqası: ''Fənərbağça'' darmadağınla mərhələ adladı

Tarix: 1 Avqust 2023 23:52

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada "Zimbru"nun qonağı olub.

Kişineuda "Zimbru" stadionunda oynanılan qarşılaşma "bülbüllər"in darmadağını ilə başa çatıb - 4:0. Qolları 48-ci dəqiqədə Duşan Tadiç, 57 və 59-cu dəqiqələrdə Mişi Batşuayi, 77-ci dəqiqədə isə İsmail Yüksek vurub.

Qeyd edək ki, "Fənərbağça" Türkiyəki ilk matçda rəqibinə 5 cavabsız qolla qalib gəlmişdi. Beləliklə, III təsnifat mərhələsinə adlayan İstanbul klubu bu raundda "Maribor" (Sloveniya) / "Differdanj" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
1 avqust

21:30. "Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə) - 0:4
Qollar:
Duşan Tadiç, 48. Mişi Batşuayi, 57; 59. İsmail Yüksek, 77
İlk oyun 0:5

Milli.Az


Etiketlər:  Konfrans Liqası Fənərbağça darmadağınla mərhələ adladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ