Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həmidə Ömərova həyat yoldaşından danışdı

Həmidə Ömərova həyat yoldaşından danışdı

Tarix: 3 Avqust 2023 17:15

"Əsl sevgi var. Bəzən insan sevir, amma qədrini bilmir. Gəncliyi, səhvi ucbatından böyük səhv edir. Amma ömrüboyu peşmançılığını çəkir".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "Xoş gəldim" verilişində deyib. Aktrisa sevgidən danışıb. O, aparıcının "Neçə dəfə sevmisiniz. Deyir" sualına belə reaksiya verib:

"Biri var istək, biri də var sevgi. Mən bir dəfə sevmişəm. Həyat yoldaşım Ağa ilə aramızda bağlılıq var. Ailə bağlılığı başqadır. Evdə bəzən mənim, bəzən isə həyat yoldaşımın sözü keçib. Amma ən çox həyat yoldaşımın sözü keçib. Amma indi son qərarı övlad verir".


Etiketlər:  Həmidə Ömərova həyat yoldaşından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ