Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəyin “xilaskar” dostu onu özünə qandalladı: Açarını isə unutdu

Bəyin “xilaskar” dostu onu özünə qandalladı: Açarını isə unutdu

Tarix: 4 Avqust 2023 23:24

Dağıstanda bəyin dostu onu özünə qandallayıb, açarını isə unudub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölkədə ənənəvi olan bu halın bəzən nəzarətdən çıxdığı zamanlar da olur. 

Belə ki, Dağıstanda təkcə gəlinləri deyil, bəyləri də "oğurlayırlar". Adətən bu, toy zamanı baş verir və sonra qohumlar, toyun qonaqları və ya sadəcə həmkəndlilər bəy üçün fidyə tələb edirlər.

Sakinlərdən biri toy zamanı dostunu "oğurlanmaqdan" xilas etmək istəyib və onun əlini qandalla öz əlinə bağlayıb, lakin açarı harada gizlətdiyini unudub. Nəticədə isə rəqs zamanı diqqət mərkəzində təkcə bəy-gəlin deyil, həmçinin unutqan dost da olub.
Yeri gəlmişkən, onlar sonunda açarı tapmağa müvəffəq olublar, lakin ancaq bəylə-gəlinin rəqsindən sonra.

Milli.Az


Etiketlər:  Bəyin xilaskar dostu onu özünə qandalladı Açarını isə unutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ