Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Instagram”dan çoxdan gözlənilən yenilik - Çılpaq şəkilləri...

“Instagram”dan çoxdan gözlənilən yenilik - Çılpaq şəkilləri...

Tarix: 5 Avqust 2023 10:24

"İnstagram" istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" məlumat verib.

İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq.

Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz.

"İnstagram"dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər.

"Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər", - deyə "Meta"nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.

Milli.Az


Etiketlər:  Instagramdan çoxdan gözlənilən yenilik Çılpaq şəkilləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ