Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada “xeyirxah” robotlar peyda oldu

Moskvada “xeyirxah” robotlar peyda oldu

Tarix: 5 Avqust 2023 21:44

Rusiyanın Moskva şəhərində insan paltarında olan antropomorf robot piyada keçidində digər robotu yolun o tayına keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, obotun təkərli çatdırılma robotu olan digərinə etdiyi kömək videoya düşüb.

Sosial şəbəkə istifadəçiləri bu mənzərə qarşısında xoş hisslər yaşayıblar.

İstifadəçilər "Bunu geniş kütlələrə təqdim etməyin çoxdan vaxtıdır. Əyləncəli və qeyri-ənənəvidir. Əsas odur ki, robotların inkişaf limiti olsun", "Gülümsətdi", "Necə xoşdur!", "Şalvarda o necə də şirindir", "Dəbli", "İkiqat həssaslıq", "Oqo, texnologiya irəliləyir" kimi şərhlər yazıblar.

Milli.Az


Etiketlər:  Moskvada xeyirxah robotlar peyda oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ