Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zirə" "Qarabağ"a qalib gəldi, "Səbail" darmadağın oldu

Tarix: 5 Avqust 2023 23:04

Azərbaycan Premyer Liqasında 1-ci turun mübarizəsi davam edir.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha 4 komanda yeni mövsümə start verib. 

Yayda heyətini gücləndirən iki klub - "Səbail"lə "Sumqayıt" "ASCO Arena"da münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qonaq komandanın böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in 1 qoluna "gənclik şəhəri" təmsilçisi 4 topla cavab verib.
 
Günün son qarşılaşmasında çempion "Qarabağ" meydana çıxıb. Qurban Qurbanovun kollektivi Rəşad Sadıqovun çalışdırdığı "Zirə"ni qəbul edib. Matçın taleyini 1 qol həll edib. Dmitrios Çantakiasın yeganə qolu "Zirə"yə səfər qələbəsi qazandırıb.
 
Qeyd edək ki, dünən keçirilən mövsümün açılış oyununda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edib. Tura sabah baş tutacaq "Kəpəz" - "Neftçi" (17:00) və "Sabah" - "Qəbələ" (20:00) görüşləri ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
I tur
5 avqust
 
"Səbail" - "Sumqayıt" - 1:4
Qollar: Qomis, 62- Rövlan Muradov, 27; Sorqa, 67 (pen);  Quliyev, 70; Abdullazadə, 76 
Baş hakim: Elçin Məsiyev
"ASCO Arena"

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç.
Baş məşqçi: Şahin Diniyev.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

21:00. "Qarabağ" - "Zirə" - 0:1
Qol: Dmitrios Çantakias, 48
Baş hakim: Əliyar Ağayev
 
"Qarabağ": 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
 
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

Milli.Az


Etiketlər:  Zirə Qarabağa qalib gəldi Səbail darmadağın oldu


RƏYLƏR