Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2023 12:52
"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Belarusdan Polşa ərazisinə nüfuz etməyə çalışırlar.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu CNN telekanalına Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.
"Yablonski Vaqner qrupunun əsgərlərinin Polşa ərazisinə soxulmağa çalışdığını iddia edərək, Belarusdan "çox real" təhlükənin gəldiyini bildirib", - telekanal qeyd edib.
Diplomat həmçinin bildirib ki, Polşanı daha çox hücum və ola bilsin ki, ölkənin hava məkanını pozmaq cəhdləri gözləyir. Lakin, Varşava geri çəkilmək fikrində deyil.