Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2023 16:10
Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə onun qardaşı İsgəndər İsayev "İnfo Rustavi"yə açıqlamasında bildirib. O, bu gün səhər meyitin tapılması ilə bağlı ailəsinə məlumat verildiyini bildirib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində ölənlərin say 18 nəfərə çatıb.
Müdafiə naziri Cuanşer Burçuladze isə təbii fəlakət zonasından bir neçə azyaşlının cəsədinin tapıldığını deyib.