Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcarəyə götürülən ''Lamborghini'' tamamilə yanaraq külə çevrildi - FOTO

İcarəyə götürülən ''Lamborghini'' tamamilə yanaraq külə çevrildi - FOTO

Tarix: 7 Avqust 2023 10:16

Rusiya paytaxtının mərkəzində "Lamborghini" markalı avtomobil yanıb.

Milli.Az Sfera.az-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Xilasedicilər tələfat olmadığını bildiriblər.

Yanğından sonra premium avtomobildən yalnız qaralmış ərimiş korpus qalıb.

Avtomobil bir günlük 200 min rubla icarəyə götürülüb. Xilasedicilər hadisə yerinə gələndə avtomobildən demək olar ki, heç nə qalmayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.

Şəbəkədə görünən video və fotolarda avtomobilin mühərrik hissəsinin hərəkət zamanı alışdığını ehtimal etmək olar. Sürücü dərhal nə baş verdiyini anlamayıb və öz gücü ilə yanğını söndürməyə çalışıb. Xilasedicilər hadisə yerinə gələndə avtomobil demək olar ki, tamamilə yanıb. Nəticədə avtomobildən yalnız qaralmış ərimiş kuzov və təkərlər qalıb.

Rusiya mediası yanmış premium avtomobili Kirill adlı şəxsin bir gün üçün 200 min rubla icarəyə götürdüyünü yazıb. Adamın sözlərinə görə, o, geri dönəcəyini gözlədiyi 300 min girov da ödəyib.

Avtoklubun saytında idman avtomobili yeni kimi qeyd olunub. Bu ilin iyul ayının ortalarında qeydə alınıb.

Xatırladaq ki, son zamanlar Rusiyada avtomobil zavodlarında yanğınlar sanki, kütləvi hal alıb. Ötən gün Moskva vilayətində irimiqyaslı yanğın qeydə alınıb. Yanğın "Lada-Yaxroma" avtosalonunun yaxınlığında baş verib. İki plastik və rezin anbarı yanıb. Yanğının 2,5 min kvadratmetr ərazini əhatə etdiyi bildirilib. Xilasedicilər hadisə yerində olub, xəsarət alan olmayıb.

Həmçinin avqustun 3-də Moskva vilayətinin Voskresenski rayonunda Açkasovo kəndi yaxınlığında keçmiş "Krasnı Stroitel" zavodunun ərazisindəki oksigen-akkumulyator anbarında irimiqyaslı yanğın baş verib. Ehtimallara görə, fövqəladə vəziyyət elan olunmazdan əvvəl şahidlər partlayış səsi eşidiblər. Yanğın emalatxananın 200 kvadratını əhatə edib və yanğına ikinci mürəkkəblik dərəcəsi verilib. Binadan 7 nəfərin təxliyə edildiyi bildirilib. Zərərçəkən yoxdur.

Milli.Az


Etiketlər:  İcarəyə götürülən Lamborghini tamamilə yanaraq külə çevrildi FOTO


RƏYLƏR