Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2023 19:08
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat yayıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı.
Azərbaycanın beynəlxalq hava limanlarında vətəndaşlarına birdəfəlik elektron viza rəsmiləşdirilən ölkələrin siyahısı
Ölkənin adı |
Rəsmiləşdirilən vizanın müddəti |
|
1 |
Oman |
30 gün |
2 |
Səudiyyə Ərəbistanı Krallığı |
30 gün |
3 |
Bəhreyn |
30 gün |
4 |
Küveyt |
30 gün |
5 |
Yaponiya |
30 gün |
6 |
İndoneziya |
30 gün |
7 |
Çin Xalq Respublikası |
30 gün |
8 |
Koreya Respublikası |
30 gün |
9 |
Malayziya |
30 gün |
10 |
Sinqapur |
30 gün |
11 |
İsrail |
30 gün |
Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:
Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.
Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.
Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.