Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Universiadada iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar - FOTO

Universiadada iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar - FOTO

Tarix: 9 Avqust 2023 22:48

Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, Universiadada 3 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yarışı 38-ci pillədə başa vurub.

Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.

Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo yığması əldə edib.

Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Milli.Az


Etiketlər:  Universiadada iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ