Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənni sevgilisini güllələyən repçi HƏBS EDİLDİ - FOTO

Müğənni sevgilisini güllələyən repçi HƏBS EDİLDİ - FOTO

Tarix: 9 Avqust 2023 22:55

Məşhur kanadalı reper Tori Lanez həbs olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı keçmiş müğənni sevgilisi Meqan Thi Stalliona ayağından odlu silahla atəş açdığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Los-Anceles əyalətinin Ali Məhkəməsi musiqiçini yarımavtomat silahla basqın etməkdə, avtomobildə qanunsuz silah saxlamaqda və ondan istifadə etməkdə təqsirli bilib.

Qeyd edək ki, polis 2021-ci ilin yayında Tori Lanezi avtomobilindən tapılan silaha görə saxlayıb. Hollivudda baş verən hadisə zamanı Meqan Thi Stallion qan içində çılpaq vəziyyətdə olub. O, ayağından güllə yarası aldığını bildirib.

Milli.Az


Etiketlər:  Müğənni sevgilisini güllələyən repçi HƏBS EDİLDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ