Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rihanna oğlu ilə süd verən analar üçün alt paltar reklamına çəkildi - FOTO

Rihanna oğlu ilə süd verən analar üçün alt paltar reklamına çəkildi - FOTO

Tarix: 10 Avqust 2023 02:04

İkinci övladına hamilə olan dünya pop səhnəsinin ulduzu Rihanna oğlu "RZA" ilə birlikdə özünün "Savage x Fenty" brendinin alt paltarlarının kapsul kolleksiyasının reklamına çəkilib.

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, müğənni hamilə və uşaq əmizdirən analar üçün büstqalter xəttini ərsəyə gətirib.

"Bunlar sizin ananızın doğum büstqalterləri deyil... Dizayn Rihanna tərəfindən hazırlanmış, körpə RZA tərəfindən təsdiqlənmişdir", - deyə yeni kampaniyanın başlığında deyilir.

Tanıtım çəkilişlərində Rihanna yeni kolleksiyadan büstqalter taxaraq oğlunu "əmizdirib".

Məhsullar XXS-dən 4X-ə qədər ölçülərdə olacaq və qiymətlər 35-60 dollar arasında dəyişəcək.

"Yeni hamiləlik kapsulu analara səyahətlərinin bütün mərhələlərində güvən və rahatlıq gətirmək üçün nəzərdə tutulub. İnsanlara xatırlatmaq istəyirəm ki, seksual qalmaq və valideyn kimi özünü yaxşı hiss etmək mümkündür", - deyə Rihanna kolleksiya haqqında "Vogue" dərgisinə açıqlamasında vurğulayıb.

Rihanna və sevgilisi "A$AP Rocky" ikinci övladlarını gözləyir. Müğənninin hamiləliyi fevral ayında "Super Bowl"da çıxışı zamanı məlum olub. "RZA" cütlüyünün ilk övladı ötən ilin mayında dünyaya gəlib.


Etiketlər:  Rihanna oğlu ilə süd verən analar üçün paltar reklamına çəkildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ