Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2023 22:14
"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə "Qarabağ"ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Juninyo qoyub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.