Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Emmi” mükafatlandırma mərasimi təxirə salındı

“Emmi” mükafatlandırma mərasimi təxirə salındı

Tarix: 10 Avqust 2023 20:20

Sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci "Emmi" Televiziya Mükafatları təxirə salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hollivudda aktyor və yazıçıların tətili səbəbindən mərasim 15 yanvar 2024-cü il tarixində keçiriləcək.

Bildirilib ki, Fox kanalı mərasimi Sakit okean vaxtı ilə saat 17:00-dan 20:00-a qədər yayımlayacaq.

Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram olan Martin Lüter Kinq Gününə təsadüf edir.

Milli.Az


Etiketlər:  Emmi mükafatlandırma mərasimi təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ