Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış futbolçu 36 yaşında karyerasını başa vurdu

Tanınmış futbolçu 36 yaşında karyerasını başa vurdu

Tarix: 11 Avqust 2023 22:22

Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq peşəkar karyerasını başa vurub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, tanınmış hücumçu 36 yaşında futbolla vidalaşıb.

"Səni sevirəm. Hər şey üçün çox sağ ol, futbol", - veteran oyunçu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Kevin-Prins Boatenq karyerası ərzində İngiltərənin "Tottenhem", Almaniyanın "Borussiya" (Dortmund), İtaliyanın "Milan", İspaniyanın "Barselona" və Türkiyənin "Beşiktaş" komandalarında çıxış edib.


Etiketlər:  Tanınmış futbolçu yaşında karyerasını başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ