Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2023 14:12
Xəzərdə boğulma hallarının çoxalması dənizdə çuxurların əmələ gəlməsi məsələsini yenidən aktuallaşdırıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, son günlər ardıcıl qeydə alınan yeraltı təkanların çimərliklərdə çuxurların yaranmasına səbəb olduğu iddia edilir. Buna görə də, hətta dərinliyə getməyən şəxsin belə dənizdə boğulma təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.
"Bəs, dənizdə baş verən yeraltı təkanlar bu kimi halların yaşanmasına səbəb ola bilərmi?"
Məsələyə Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli aydınlıq gətirib. Onun sözlərinə görə, Xəzər dənizində baş verən zəlzələlər ciddi dəyişklik yaradacaq gücdə deyil.
Xəzər Dənizində çuxurların yarandığını təsdiqləyən baş direktor bunu başqa səbəblərlə əlaqələndirib.
Qurban Yetirmişli əlavə edib ki, vətəndaşlar aidiyyəti qurumların çağırışlarına diqqət etməli və küləkli havada dənizə getməməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: