Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Forsaj”ın ulduzunun məhkəmə QALMAQALI

“Forsaj”ın ulduzunun məhkəmə QALMAQALI

Tarix: 12 Avqust 2023 15:35

Aktyor Tayris Gibson "The Home Depot" təsərrüfat malları mağazasını məhkəməyə verir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, özünün və iki həmkarının irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib. Sənətçi mağazadan bir milyon dollar tələb edib.

Məhkəmə iddiasında bildirilir ki, satıcılar "dərisinin rənginə görə Gibson haqqında əsassız şübhələrə əsaslanaraq, ona məhsul satmaqdan imtina ediblər". Sənəddə həmçinin deyilir ki, Gibson mağaza müdiri ilə yalnız 20 dəqiqəlik "şiddətli mübahisə"dən sonra alış-verişi başa çatdıra bilib.

"Kassir və menecerin hərəkətləri irq və mənşəyə görə ayrı-seçkilik xarakteri daşıyır. Pis rəftarın başqa ağlabatan izahı yoxdur", - iddiada deyilir.
Qeyd edək ki, Gibson daha çox "Forsaj" filmlərindəki Roman Pirs rolu ilə tanınır.


Milli.Az


Etiketlər:  Forsajın ulduzunun məhkəmə QALMAQALI


RƏYLƏR