Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb 100 tank verib: rus tanklarının sayı isə... - "Bild"

Qərb 100 tank verib: rus tanklarının sayı isə... -

Tarix: 13 Avqust 2023 18:10

Qərb ölkələri Ukraynaya 100-ə qədər tank və ümumiyyətlə az sayda silah verdilər ki, bu da əks-hücumun olduqca ləng getməsinin əsas səbəblərindən biri oldu.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Ukrayna və onun partnyorları çox optimist idilər və etiraf etməliyəm ki, mən də... Böyük mina sahələrini keçmək və Rusiyanın hava üstünlüyü bunu çox çətinləşdirir. Ukrayna ordusu əks-hücumlarla irəliləyir, lakin çox ləng..." - Almaniya Müdafiə Nazirliyinin əməliyyatlar qərargahının keçmiş rəhbəri Niko Lanqe deyib.

Qəzet qeyd edib ki, Rusiya silah sənayesi tam gücü ilə işləyir, cəbhəyə ayda 50 tank göndərir. Ümumən rusların Ukraynada 1000-dən çox tankı var.

Milli.Az


Etiketlər:  Qərb 100 tank verib rus tanklarının sayı isə Bild


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ