Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

Tarix: 14 Avqust 2023 23:00

Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.

Milli.Az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

Milli.Az


Etiketlər:  Müdafiə Nazirliyi məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ