Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənilərin iç üzü geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənilərin iç üzü geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır” - POLİTOLOQ ŞƏRH ETDİ

Tarix: 16 Avqust 2023 10:21

"Ermənistan müharibədən sonra da Azərbaycan ərazilərinə mina basdırmaqla məşğul olub. Artıq müəyyən olunub ki, işğaldan azad edilmiş ərazilərimizə 1 milyondan çox mina basdırılıb. İnsanlar torpağa ağac, gül əkirlər, ermənilər isə mina basıdıraraq insanların canına qəsd edirlər. Bu isə məhz erməni xislətini açıq-aydın göstərmiş olur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, müharibə 2020-ci ilin noyabr ayında bitsə də, hazırda azad edilmiş ərazilərimizdən 2021-ci ilin istehsalı olan minalar tapılıb, zərərsizləşdirilir: "Minaların təmizlənməsi çox çətin prosesdir və bu çox böyük vəsait tələb edir. Azərbaycan isə hazırda mina ilə elə bir şəkildə çirkləndirilib ki, artıq 3 ildir ərazilərin minalardan təmizlənməsi işi üzərində çalışırıq. Azərbaycan hakimiyyəti xarici ölkələrə çağırış edib. Lakin çox az ölkə bizə yardım göstərib və bu işdə bizə dəstək olublar.

Biz ermənilərin əsirlərini qaytarmışıq, onlar isə bunun müqabilində mina basdırılan ərazilərin xəritəsini bizə veriblər. Lakin verilən xəritələrin 25 faizi belə ya doğrudur, ya deyil. Ermənilər burada belə öz məkrli siyasətlərini həyata keçirirlər. Təkcə müharibədən sonra 300-dən artıq şəxs mina səbəbindən həlak, xəsarət alıb. Buna görə də ermənilərin iç üzü geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır".


Etiketlər:  Ermənilərin üzü geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır POLİTOLOQ ŞƏRH ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ