Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 15:44
İtaliyanın Venesiya yaxınlığında yerləşən Monfalkone şəhərində yerli sakinlərin kütləvi şikayətləri səbəbindən müsəlman çimərlik paltarlarının (burkini) geyinilməsi qadağan ediləcək.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə şəhərin meri Anna Mariya Çizint məlumat yayıb.
"Biz ciddi adamlarıq, oktyabra qədər qadağa hazır olacaq", - deyə şəhər rəhbəri təsdiqləyib.
O, həmçinin əlavə edib ki, belə bir qadağa ilk növbədə qadınların burkinidə çimməsi ilə bağlı sakinlərin çoxsaylı şikayətləri ilə bağlıdır. Mer qeyd edib ki, belə çimərlik paltarı ilə suya girmək həm gigiyenik baxımdan düzgün deyil, həm də italyan ənənələrinə ziddir.
Xatırladaq ki, burkini qadağası Fransanın Aralıq dənizi sahillərində də tətbiq olunub.