Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 23:00
Gürcüstanda koronavirusun yeni EG.5 ştamı aşkar olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, öskürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ümumi zəiflik ilə xarakterizə olunan EG.5 koronavirusun omikron növünə bənzəyir. Bu virus risk qrupları və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Mütəxəssislər əhaliyə xəbərdarlıq edir və bildirirlər ki, simptomlar aşkar olunduqda ictimai yerlərdən uzaq durmalı, özünütəcrid rejiminə əməl olunmalıdır.
Qeyd edək ki, EG.5 virusu artıq dünyanın 50 ölkəsində qeydə alınıb. Son 28 gün ərzində koronavirusun yeni ştamına dünyada 7 milyondan çox yoluxma qeydə alınıb və artıq üç min nəfər dünyasını dəyişib.
Gürcüstan Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar EG.5 virusuna yoluxma ilə bağlı bu mərhələdə rəsmi açıqlama verməyiblər.