Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aramsız yağışlar 72 nəfərin həyatına son qoydu

Aramsız yağışlar 72 nəfərin həyatına son qoydu

Tarix: 17 Avqust 2023 20:52

Hindistanın şimalında günlərdir yağan aramsız yağışlar nəticəsində ölənlərin sayı 72-yə yüksəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, Hindistanda onlarla insanın ölümünə səbəb olmuş leysan xarakterli yağışların daha bir neçə gün davam edəcəyi bildirilib.

Məlumatda qeyd edilib ki, səlahiyyətli qurumlar əhalinin ərazidən çıxrılması istiqmaətində işləri davam etdirirlər. Yerli qurumların mediaya son açıqlamalarına görə, indiyəcən 2 mindən çox insan təhlükəsiz əraziyə köçürülüb.

"Musson yağışlarının infrasturktura vurduğu zərərin aradan qaldırılması bir il çəkə bilər. Ümumi zərərin dəyərinin hələlik 100 milyard dollar civarında olduğu proqnozlaşdırılır", - deyə məlumatda qeyd edilib.

Milli.Az


Etiketlər:  Aramsız yağışlar 72 nəfərin həyatına son qoydu


RƏYLƏR