Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2023 09:46
Türkiyə Macarıstana təbii qaz ixrac edəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz rəsmi sosial media hesabında məlumat verib.
"BOTAŞ ilə Macarıstanın MVM şirkəti arasında təbii qaz müqaviləsi imzalanıb. Türkiyə ilk dəfə olaraq sərhədi olmayan bir Avropa ölkəsinə təbii qaz ixrac edəcək. Türkiyə Avropanın təchizat təhlükəsizliyinə töhfə verməyə davam edir",- deyə məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə ötən ilin yanvar ayında Bolqarıstanla təbii qaz müqaviləsi imzalayıb.