Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2023 15:28
"Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) üç il əvvəl Qara dənizdə təbii qaz ehtiyatlarının kəşfinin ildönümü ilə bağlı paylaşım edib.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, TPAO öz rəsmi "X" (tvitter) sosial şəbəkə hesabında Sakarya qaz sahəsi Tuna-1 quyusunda kəşflə bağlı paylaşım edib.
"Bu gün Qara dənizdə böyük təbii qaz kəşfimizin ildönümüdür",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il avqustun 21-də Qara dənizdəki Tuna-1 quyusunda 320 milyard kubmetr təbii qaz aşkarlandığını açıqlayıb.