Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda idman müəllimi həbs edildi: seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir

Sumqayıtda idman müəllimi həbs edildi: seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir

Tarix: 22 Avqust 2023 11:28

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Bakupost.az yayıb. Xəbərdə bildirilib ki, Əliyev Ceyhun Xasay oğlu yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq edib. Valideynlərin şikayətindən sonra müəllim həbs edilib.

Milli.Az


Etiketlər:  Sumqayıtda idman müəllimi həbs edildi seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ