Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı ekspert: “Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək”

Amerikalı ekspert: “Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək”

Tarix: 22 Avqust 2023 16:22

"Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu açıqlamasında ABŞ-nin "Maine" Universitetinin vitse-prezidenti Lizzi Vahab deyib.

O bildirib ki, müharibənin bitməsi üçün kilid nöqtə ABŞ-dəki növbəti prezident seçkiləridir: "Ruslar uzun bir oyun oynayırlar, ABŞ soyuq müharibədən bəri bir çox sanksiyalar həyata keçirib, lakin Rusiya hələ də gücə sahibdir. Mən sanksiyaların bu rəqəmsal dünyada irəliyə doğru yol olduğuna əmin deyiləm. Müharibənin nə vaxt bitəcəyinə gəldikdə isə bu, ABŞ istədiyi vaxt mümkün olacaq. Danışıqlar sadəcə bir prosesdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevral ayının 24-də başlayıb.


Etiketlər:  Amerikalı ekspert Rusiya Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ