Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək

2020-ci ildə smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək

Tarix: 29 Oktyabr 2019 10:28

Dünyada beşinci nəsil (5G) texnologiyasının genişmiqyaslı istifadəyə verilməsindən sonra smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək. Bu haqda Tayvanın “DigiTimes” məlumat portalının analitikləri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin sözlərinə görə, indi əksər smartfonlar yeniləmə sürəti 60 hers olan displeylərlə təchiz olunub. 2020-ci ildə bu göstərici 90 və ya hətta 120 hersədək yüksələcək ki, bu da istifadəçilərin mobil cihazları ilə qarşılıqlı əlaqə təcrübəsini xeyli yaxşılaşdırmalıdır.

 

“5G” texnologiyası əvvəlki nəsil mobil şəbəkələrlə müqayisədə daha yüksək məlumat ötürmə sürəti təqdim edir.

 

Ekranın yeniləmə tezliyi şəklin saniyədə mümkün dəyişikliklərinin sayını əks etdirir. Yəni 60 hers o deməkdir ki, ekranda göstərilən şəkil saniyədə 60 dəfə yenilənir.

 

Smartfon bazarında 120 hers tezliyi dəstəkləyən yalnız bir neçə smartfon var. Məsələn, “Sharp Aquos Zeta” modeli.

 

Emil Hüseynov




Etiketlər:  2020 ildə smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ