Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 07:12
24.08.2023
07:01
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan "Embraer" təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və "Vaqner"in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub.
Vurğulanıb ki, "Embraer-135" (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib.
Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.
----------
00:29
Göyərtəsində Yevgeni Priqojinin olduğu təyyarənin Tver vilayətində qəzaya uğradığı yerdə xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
-----------------
23.08.2023
22:07
Rusiya Aviasiya Xidmətinin məlumatına görə, bu gün Tver əyalətində qəzaya uğrayan binzes təyyarədə Yevgeni Priqojin də olub.
Milli.az xəbər verir ki, Embraer 600 tipli təyyarədə 10 nəfər olur, onların hamısı həlak olub.
Hadisə şahidlərinin dediyinə görə, təyyarə qəzaya uğramazdan saniyələr əvvəl iki partlayış səsi eşidilib. Bundan sonra təyyarənin qanadı və stabilizatoru qopub. Son dəfə Moskva-Sankt-Peterburq reysiilə uçmuş təyyarə axırıncı dəfə radarlarda 15:11-də görünüb. Təyyarə qəzasında həlak olmuş 10 nəfərdən üçü heyət üzvləridir.
Sərnişinlər arasında Priqojinin müavini Dmitri Utkin də olub. Qeyd edək ki, bir müddət əvvəl Priqojin Kremlə üsyan elan edəndə, Moskvaya gedən "Wagner" kolonuna Dmitri Utkin rəhbərlik edirdi.
"Wagner"ə yaxın "Gray Zone" adlı kanal iddia edir ki, biznes təyyarə HHM sistemləri tərəfindən vurulub.
o da bildirilir ki, Yevgeni Priqojinə məxsus ikinci təyyarə - RA -02748 nömrəli "Embraer ERJ-135BJ Legacy 650" qəzaya uğrayaraq partlayan təyyarənin arxasınca uçurdu, amma sonradan marşrutunu dəyişib və Moskvaya qayıdıb.
Yevgeni Priqojininin ikinci təyyarədə olduğu vurğulanır.