Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərbi Azərbaycan İcması BƏYANAT YAYDI

Qərbi Azərbaycan İcması BƏYANAT YAYDI

Tarix: 23 Avqust 2023 22:15

Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib

Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan acıqlamasını, Azərbaycanın suveren ərazilərinə münasibətdə qondarma, əcaib addan istifadə etməsini kəskin şəkildə pisləyir.

"Davamlı olaraq Azərbaycan əleyhinə mövqe sərgiləyən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləməsinə və onların öz evlərinə qayıtmasına imkan verməməsinə göz yuman kanadalı nazir nədənsə Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə atdığı legitim addımlardan xoflanır və ölkələrin suverenliyi və ərazi bütövlüyünə münasibətdə ikili standartlar yanaşmasından çıxış edir.

Xanım nazirə xatırladırıq ki, tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib.

Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd edirik", - deyə bəyanatda vurğulanıb.

Milli.Az


Etiketlər:  Qərbi Azərbaycan İcması BƏYANAT YAYDI


RƏYLƏR