Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmin dostu F vitamini

Orqanizmin dostu F vitamini

Tarix: 24 Avqust 2023 06:30

F vitaminin adı "friend", yəni, dost sözündən götürülüb. F vitamini konkret olaraq vitamin şəklində mövcud deyil və onun orqanizmdə miqdarı bir neçə mikroqramdır.

Həmin vitamin alfa linolen və linolen turşularının birləşməsindən əmələ gəlir. Alfa linolen turşusu Omeqa-3, linolen turşusu isə Omeqa-6 qrupundandır. Orqanizm alfa linolen və linolen turşularını əmələ gətirmir. Həmin turşular orqanizmə qidalar vasitəsilə daxil olur. F vitamini orqanizmə yağ səviyyəsində təsir edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, F vitamini orqanizmə birbaşa təsir etmir. Həmin vitamin digər mikro, makroelementlər və vitamin qrupları ilə birləşərək orqanizmə fayda verir. F vitaminin orqanizmdə sabit və yetərli miqdarda olması insanın rentgen, qismən də Günəş şüalarının təsirindən qorunmasına müsbət təsir edir. A, B, C, D, E vitaminlərinin çatışmazlığı hiss olunsa və özünü daha çox büruzə versə də, F vitamini haqqında eyni sözləri demək olmaz. Lakin F vitamininin çatışmazlığı bədən dərisinin qurumasına, qabıqlanmaya, saç tökülməsinə, bədəndə olan yaraların gec sağalmasına, uşaqlarda böyümə problemlərinə, beyinlə əlaqəli problemlərə, görmə pozulmalarına səbəb ola bilər.

Bu vitamin hüceyrələrə yumşaqlıq və güc verir, qan dövranına, qanın pıxtalaşmasına, immun sisteminə dəstək verir, iltihabı azaldır, gözə, beyinə, ürək-damar sisteminə müsbət təsir göstərir, dərinin yağlanma səviyyəsini tənzimləyir. F vitamini orqanizmimizə gündəlik qidalar vasitəsilə mikroqramlarla daxil olsa da bu, onun orqanizmdə toplanmasına kifayət edir. Orqanizm F vitaminini sağlamlıq üçün vacib olan yağlara çevirir. F vitamininə balıq, lobya, qarğıdalı, kətan, qoz, avokado, yemiş, badam, zeytun yağının tərkibində rast gəlinir.

C.Məhərrəmov orqanizmdə F vitamininin səviyyəsini ölçmək üçün üsul və cihazın mövcud olmadığını da vurğulayıb.


Etiketlər:  Orqanizmin dostu vitamini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ