Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 07:40
Sonuncu dəfə Afrika qitəsində etdiyi çıxışla yadda qalan Yevgeni Priqojinin tələsik Rusiyaya qayıtmasının ehtimal edilən səbəbləri barədə məlumatlar yayılıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, iddialara əsasən, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Andrey Averyanov "Vaqner" döyüşçülərin hamısını Afrika qitəsinə yerləşdirməklə bağlı kompleks tədbirlər planı hazırlayıb.
Bu məqsədlə Andrey Averyanov hətta 20 mindən çox şəxsdən ibarət ordu korpusunun yaradılması və onların hazırlanmısına göstəriş verib.
Onun fəaliyyətindən xəbər tutan Y.Priqojin buna qarşı olub, nəzərdə tutulan planın qarşısını almağa cəhd göstərərək Rusiyaya qayıdıb.
Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Andrey Averyanovun adı Sergey və Yuliya Skripalların zəhərlənməsində, 2014-cü ildə Çexiyada silah-sursat anbarlarında partlayışın törədilməsində, bolqar biznesmen və silah alverçisi Yemelyan Gevrevin 2018-ci ildə zəhərlənməsi kimi hadisələrin təşkilində hallandırılır. /Mənbə: VÇK-OQPU "Telegram" kanalı