Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın “Olimpiya” ilə oyunu niyə ölkədə yayımlanmadı?

“Qarabağ”ın “Olimpiya” ilə oyunu niyə ölkədə yayımlanmadı?

Tarix: 24 Avqust 2023 23:18

"Qarabağ" klubu Sloveniyada "Olimpiya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, klub bu barədə rəsmi feysbuk hesabından paylaşın edib.

"Hörmətli azarkeşlər, "Olimpiya" - "Qarabağ" qarşılaşmasının yayım hüququnun öhdəliyini "İdman Azərbaycan" kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən "İdman Azərbaycan" bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa "İdman Azərbaycan" kanalı daşıyır", - deyə yazıda vurğulanıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Qarabağ" 2:0 hesabı ilə öndədir.

Milli.Az


Etiketlər:  Qarabağın Olimpiya ilə oyunu niyə ölkədə yayımlanmadı


RƏYLƏR