Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya''dan inamlı qələbə

''Bavariya''dan inamlı qələbə

Tarix: 4 May 2019 19:32

Almaniya bundesliqasında 32-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, bugünə nəzərdən tutulan 5 matçdan 4-ü artıq başa çatıb. Çempionluq uğrunda mübarizə aparan "Bavariya" evdə "Hannover"i qəbul edib. Münhen klubu autsayder üzərində 3:1 hesablı qələbə qazanıb.

Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb.


4 may

"Borussiya" (Münhenqladbax) - "Hoffenhaym" - 2:2
Qollar:
P. Kaderabek, 32 (0:1), M. Ginter, 72 (1:1), N. Amiri, 79 (1:2), Y. Drmiç, 84 (2:2)

"Bavariya" - "Hannover" - 3:1
Qollar:
R. Levandovski, 27 (1:0), L. Qoretska, 40 (2:0), Yonathas, 51-penalti (1:2), F. Riberi, 84 (3:1)

"Herta" - "Ştutqart" - 3:1
Qollar:
V. İbişeviç, 40 (1:0), O. Duda, 45 (2:0), S. Kalu, 67 (3:0), M. Qomez, 70 (3:1)

"Volfsburq" - "Nürnberq" - 2:0
Qollar:
F. Klaus, 38 (1:0), M. Tisserand, 78 (2:0)


Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 74-ə çatdıran "Bavariya" liderliyini möhkəmlədib. Münhenliləri 1 oyun az keçirən və 2-cı sırada qərarlaşan Dortmund "Borussiya"sından 5 xal ayırır. "Hannover" 18 xalla sonuncudur. 5-6-cı pillələri bölüşdürən Münhenqladbax "Borussiya"sı və "Volfsburq"un 52 xalı var. 1 xal az toplayan "Hoffenhaym" 7-cidir. "Herta" (40 xal) 10-cu, "Nürnberq" (19 xal) 17-ci, "Ştutqart" isə (24 xal) 16-cıdır.
 


Etiketlər:  Bavariyadan inamlı qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ