Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 16:12
Qəhvə bütün dünyada milyonlarla insan tərəfindən sevilir. Çoxumuz səhərlər evdə və ya işdə, televizora və ya internetə baxaraq, yorğunluğu atmaq üçün ilk iş olaraq bir fincan isti qəhvə istəyirik.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ildə 400 milyard fincandan çox qəhvə içilir. Beləcə, mütəxəssislər insanların qəhvənin faydalarından faydalandığını bildirib.
Qəhvənin qaraciyər xərçəngi, ürək xəstəlikləri və 2-ci tip diabet kimi bəzi xəstəliklərin riskini azaltdığı sübut edilib. Qəhvənin özündə B qrupu vitaminləri, kalium və riboflavin var və orqanizmimiz üçün ən yaxşı antioksidant mənbəyidir.
Yay aylarının vazgeçilmezi olan soyuq qəhvə istidən daha çox antioksidan ehtiva edir. Bunu ABŞ-nın Thomas Cefferson Universitetində aparılan bir araşdırmanın nəticələri sübut edib. Araşdırmaya görə, isti və soyuq qəhvələr arasında mühüm kimyəvi fərq var. İsti qəhvə, soyuq qəhvədən daha yüksək antioksidant tərkiblidir. İsti qəhvə, soyuq dəmləmə ilə müqayisədə hüceyrələrin zədələnməsinin qarşısını alan və ya yavaşlatan daha yüksək antioksidan səviyyələrinə malikdir, isti qəhvəni daha sağlam edir.
Bir fincan isti qəhvə içməyin insanlar arası ünsiyyətdə istiliyi və müsbət hissləri artırdığı ortaya çıxıb. Bir sıra araşdırmalarda tədqiqatçılar iştirakçıları iki qrupa ayırıblar. İnsanların bir qrupuna isti, digərinə soyuq qəhvə verilib. Əllərində bir fincan isti qəhvə olanlar başqalarına daha çox səxavətli, qayğıkeş və istiqanlı baxırdılar. Həmçinin dostları üçün hədiyyəni özlərindən daha çox seçirlər. Yəni, isti qəhvə insanı daha səxavətli və xoşbəxt edir.