Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 16:22
İraqın şimalında baş verən partlayışda türk əsgəri şəhid olub.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"25 avqust 2023-cü il tarixində "Pençe-Kilit" əməliyyatı zonasına PKK separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan əsgər Erkan Selçuk xəstəxanaya çatdırılıb. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb", - məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə Şimali İraqda "Pençe-Kilit" əməliyyatına 2022-ci ilin aprelində başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir. Ankara bu təşkilatı milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. PKK ilə münaqişə 1984-cü ildən davam edir.