Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu hücum anti-islam zehniyyətinin mövcudluğunun sübutudur''

''Bu hücum anti-islam zehniyyətinin mövcudluğunun sübutudur''

Tarix: 26 Avqust 2023 20:46

Yunan Kiprində məscidə edilən hücum anti-islam zehniyyətinin mövcudluğunun sübutudur.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Baş naziri Ünal Üstel deyib.

"Bu hücum Cənubi Kiprdə yaşayan müsəlman qardaşlarımıza və ümumilikdə bütün İslam dünyasına qarşı bir hücumdur. Bunun kimi hücumlar müsəlmanlarla yanaşı tolerantlığa qarşı edilən hücumdur" - deyə Üstel qeyd edib.

O bildirib ki, Yunan Kipri ibadət azadlığını və ibadət yerlərinin müqəddəsliyini qorumaq məsuliyyəti çərçivəsində ən qısa zamanda lazımi tədbirləri görməlidir.

        Ətraflı

Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücumedilib.

KKTC prezidenti Ersin Tatar edilən hücumu pisləyib.


Etiketlər:  hücum anti islam zehniyyətinin mövcudluğunun sübutudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ