Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 9 ayda 60 nəfər bu səbəbdən həlak olub

Azərbaycanda 9 ayda 60 nəfər bu səbəbdən həlak olub

Tarix: 29 Oktyabr 2019 12:36

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin 9 ayı ərzində Azərbaycan ərazisində 14 192 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 622 hadisə və ya 5% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.

Hesabat dövründə respublika ərazisində 139 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ayda nəfər səbəbdən həlak olub


RƏYLƏR