Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2023 22:22
Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.
"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır" - deyə Tatar qeyd edib.
Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücum edilib.
Polis hücumla bağlı araşdırma apardığını bildirib.