Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tur avtobusu aşdı, 26 nəfər...

Tur avtobusu aşdı, 26 nəfər...

Tarix: 27 Avqust 2023 19:20

Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda tur avtobusu aşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla 26 nəfər xəsarət alıb.

Məlumata görə, tur avtobusu Susaklı məhəlləsi Ahmet Keleşoğlu Mədəniyyət Mərkəzinin arxasındakı yamaca qalxa bilməyib. Geriyə sürüşərək idarəetmədən çıxan avtobus bir evin həyətinə aşıb.

Qəzada avtomobilin sürücüsü də daxil olmaqla 26 nəfər xəsarət alıb.

Ermenek Dövlət Xəstəxanasına çatdırılan yaralılardan 3-nün həyati təhlükəsinin olduğu deyilir.

Milli.Az


Etiketlər:  Tur avtobusu aşdı 26 nəfər


RƏYLƏR