Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fövqəladə hallarda kritik informasiya strukturlarının idarə olunması planı hazırlanacaq

Fövqəladə hallarda kritik informasiya strukturlarının idarə olunması planı hazırlanacaq

Tarix: 28 Avqust 2023 17:24

Fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini, kritik informasiya infrastrukturlarının idarə olunmasını təmin etmək üçün təşkilati əsasların yaradılması, risklərin qiymətləndirilməsi və idarə olunması planı hazırlanacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-ci illər üçün Strategiyası"nda əksini tapıb.

Strategiyaya əsasən, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə 2024 - 2025-ci illər ərzində risklərin reyestrdə toplanmasının təmin edilməsini, qiymətləndirmənin aparılması, risklərin idarə olunması üzrə planın hazırlanmasını təmin etməlidir.


Etiketlər:  Fövqəladə hallarda kritik informasiya strukturlarının idarə olunması planı hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ