Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2023 12:02
Türkiyənin ticarət naziri Ömər Bolatla İraqın ticarət naziri Etir Davud Selman Əl-Qreyri arasında Bağdadda görüş keçirilib.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Ö.Bolat öz rəsmi sosial media hesabında bildirib.
Məlumata əsasən, görüş çərçivəsində hər iki ölkənin işgüzar dairələrindən nümayəndələr iştirak edib və Türkiyə-İraq ticarət münasibətləri müzakirə edilib.
"Ölkələrimiz arasında ticarət həcmini daha da artırmaq, şirkətlərimizin üzləşdiyi problemləri həll etmək və özəl sektorlarla daha sıx dialoqu təşviq etmək üçün planlaşdırılmış məsələləri həyata keçirməyə razılaşdıq. Qarşıdakı dövrdə qarşılıqlı səfərlərimizi intensivləşdirəcəyik ki, ikitərəfli münasibətlərimizdə əldə olunan sürət artmaqda davam etsin", - deyə o, vurğulayıb.
Qeyd edək ki, bu günə qədər İraqda türkiyəli podratçı şirkətlər tərəfindən 33,3 milyard dollar dəyərində 1080 layihə həyata keçirilib. Bu rəqəm İraqı dünyada türk şirkətləri tərəfindən ən çox layihə həyata keçirən üçüncü ölkə edib.