Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taekvondoçumuz Beynəlxalq Festivalda qızıl medal qazandı

Taekvondoçumuz Beynəlxalq Festivalda qızıl medal qazandı

Tarix: 29 Avqust 2023 21:38

Taekvondo üzrə ölkəmizi təmsil edən idmançılarımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında nailiyyətlər qazanıblar.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçumuz Səyyad Dadaşov rəqibi Rusiya təmsilçisi Mikail Tomilovu final görüşündə 2:0 hesabı ilə məğlub edib. Nəticədə idmançımız qızıl medala layiq görülüb.

Digər finalçımız Vaqif Hacıyev (68 kiloqram) İqor İokovlev ilə döyüşdən məğlub ayrılaraq (2:0) gümüş medalla kifayətlənib.

Eltac Qafarov (80 kq) isə iranlı rəqibi Amirsina Baxtiyariyə son anda 2:0 hesabı ilə məğlub olaraq festivalı gümüş medalla başa vurub.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Festivalda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.


Etiketlər:  Taekvondoçumuz Beynəlxalq Festivalda qızıl medal qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ