Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2023 20:28
Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyasında toplanan təmizlənmiş radioaktiv tullantı sularının okeana buraxılması ilə bağlı davam edən müzakirələrin kölgəsində baş nazir Fumio Kişida və bir neçə nazir kameralar qarşısına çıxıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, nazirlər insanların narahatlığını yatırmaq üçün kameralara qarşısında Fukuşima əyalətindən dəniz məhsulları yeyiblər.
Sözügedən görüntülər dünya mətbuatında geniş əks-səda doğurub.
Baş nazir dəniz məhsulları yeməyinin şəkillərini çəkərək "Fukuşimadan gələn yeməklər çox dadlıdır" deyə paylaşım da edib.