Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA ötən mövsümün ən yaxşı futbolçusunu açıqlayıb

UEFA ötən mövsümün ən yaxşı futbolçusunu açıqlayıb

Tarix: 31 Avqust 2023 21:38

2022/2023 mövsümünün ən yaxşı futbolçusu bilinib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Haaland layiq görülüb.

Qalibin adı Fransanın Monako şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Norveçli forvard səsvermədə "şəhərlilər"dəki komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və "Barselona" klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.

Milli.Az


Etiketlər:  UEFA ötən mövsümün yaxşı futbolçusunu açıqlayıb


RƏYLƏR